Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Klublar oyunçularını milli komandaya buraxmaya bilər - FİFA şərtləri açıqladı

Klublar oyunçularını milli komandaya buraxmaya bilər -  FİFA şərtləri açıqladı

Tarix: 25 Avqust 2020 02:50

FİFA koronavirus pandemiyası dövründə futbolçuların milli komandalara gediş-gəlişini tənzimləyən yeni qaydalar müəyyən edib.

Qol.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, yeni qaydalar yığmaların sentyabr pəncərəsi üçün nəzərdə tutulub.

Bu, kişi futbolçular üçün avqustun 31-dən sentyabrın 8-dək, qadınlar üçün isə 14-22 sentyabr tarixlərini əhatə edəcək.

FİFA Şurası UEFA ilə məsləhətləşərək, klubların milli komanda matçları üçün oyunçularını buraxmamalarını şərtləndirən məqamları açıqlayıb:

1.Komandanın məskunlaşdığı və ya yığmanın oyununun keçirildiyi yerlərdə ən azı beş günlük məcburi karantin müddəti müəyyən edilibsə.

2.Yuxarıda göstərilən yerlərə giriş-çıxışa məhdudiyyət qoyulubsa.

3.Bölgəyə məcburi karantin tətbiq edilməsi və ya giriş məhdudiyyəti qoyulması ilə əlaqədar qərarlar qəbul edən müvafiq orqanlar bu məsələdə futbolçuları nəzərə almırsa.

Bundan əlavə, beynəlxalq fasilə zamanı bütün komandalar müvafiq yarış təşkilatçısı tərəfindən qurulmuş sağlamlıq və təhlükəsizlik protokollarına uyğun olmalıdır.

Qeyd edək ki, milli komandamız pandemiya dövründə ilk rəsmi matçını sentyabrın 5-də UEFA Millətlər Liqasında Bakıda Lüksemburqa qarşı keçirəcək.
 


Etiketlər:  Klublar oyunçularını milli komandaya buraxmaya bilər FİFA şərtləri açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ