Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2020 09:12
Rumıniyanın qaz şəbəkəsi operatoru "Transgaz" Azərbaycanın dövlət neft şirkəti ARDNŞ üçün Azərbaycandan qazın Avropa bazarına təhlükəsiz və səmərəli çatdırılması prosesində lazımi infrastrukturla təmin edə bilər.
Sonxeber.net bildirir ki, bunu Trend-ə Rumıniyanın İqtisadiyyat, Enerji və İşgüzar Mühit Nazirliyinin dövlət katibi Nikulae Xavrilet deyib.
"Rumıniya Avropa bazarına nəqliyyat marşrutlarını və enerji təchizatı mənbələrini diversifikasiya etmək üçün böyük potensiala malik olan Azərbaycanla geniş əməkdaşlıqda maraqlıdır. Bir tərəfdən Xəzər və Qara dəniz arasında Xəzərin enerji ehtiyatlarından istifadə edəcək strateji nəqliyyat dəhlizinin yaradılması, digər tərəfdən isə Rumıniya və Bolqarıstanın Qara dənizdəki mövqeyi həm Rumıniya ilə Bolqarıstanın, həm bütövlükdə Avropa Birliyinin enerji təhlükəsizliyini möhkəmləndirməyə kömək edəcək", - dövlət katibi deyib.
N.Xavrilet qeyd edib ki, üçtərəfli Azərbaycan-Rumıniya-Bolqarıstan İşçi qrupunun yaradılması Azərbaycanı Bolqarıstan və Rumıniya vasitələrinən Balkan və Mərkəzi Avropa ilə birləşdirən qaz nəqli dəhlizlərinin yaradılması üçün ortaq səydə təbii addım və uyğun bir çərçivə olacaq, Rumıniyanın "Transgaz" təbii qaz nəqli operatoru üçün isə ARDNŞ Azərbaycana və Xəzəryanı bölgəyə körpü ola bilər.