Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2020 20:12
ABŞ-da "İT döyüşü" simulyasiyasında süni intellekt və insanın qarşılaşdığı 5 mübarizənin 5-ində də süni intellekt qalib gəlib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, F-16 pilotu ilə mübarizədə qələbə qazanan süni intellekt texnologiyası hazırda çoxlarının diqqət mərkəzindədir. Bəziləri bu tendensiyanı müsbət qarşılaşa da, digərləri süni intellektin insanlığı ələ alacağını düşünürlər.
Belə müzakirələrin getdiyi müddətdə ABŞ ordusunun araşdırma mərkəzi DARPA keçirdiyi testi uğurla sonlandırıb. DARPA simulyasiya vasitəsilə F-16 pilotu ilə heron sistemləri üçün yaradılan süni intellekti qarşı-qarşıya qoyub. Nəticə gələcək döyüş təyyarələrinin pilotsuz olacağından xəbər verib.
Mütəxəssislərin fikrincə, DARPA-nın apardığı test süni intellektin uçaraq nələr edə biləcəyinin sübutudur.