Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2020 21:12
Boeing son illərdə 346 insanın ölümünə səbəb olan 737 MAX təyyarəsinin nüfuzunu qorumaq üçün ad dəyişikliyi etdi.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, uçuş idarəetmə sistemindəki nasazlıq səbəbindən iki dəfə qəzaya uğrayan və 346 nəfərin ölümünə səbəb olan Boeing 737 MAX təyyarəsi haqqında çox danışılmışdı. ABŞ Federal Aviasiya Administrasiyası əvvəlki aylarda verdiyi açıqlamada 737 Max təyyarələrinə uçuş qadağasını qaldırmağı düşünmədiklərini bildirib.
May ayında istehsal yenidən başlayıb
May ayında Boeing 737 Max tipli təyyarələrin istehsalını bərpa edib. Şirkət daha əvvəl etdiyi səhvləri təkrarlamamaq üçün bu dəfə istehsala daha çox diqqət ayırıb və səhvləri düzəldib. Səhvsiz istehsaldan sonra Federal Aviasiya Administrasiyası (FAA) yeni Boeing 737 Max təyyarəsi üçün yenidən yaşıl işıq yandı. Yeni təyyarənin ilk sınaq uçuşu iyunun 29-da baş tutub.
Boeing ad dəyişikliyi edir
Koronavirusa görə çox çətin günlər keçirən Boeing yenidən toparlanmaq istəyərkən artıq 737 Max-ın qəzalarla xatırlanmasını istəmir. Şirkət indi təyyarənin pis nüfuzunu unutdurmaq üçün 737 Max yerinə 737-8 adından istifadə edəcəkdir. Bu şəkildə Boeing insanların yaşadığı qorxu hissini yüngülləşdirməyi hədəfləyir.
737-8 adı ilə tanınan 737 Max-ın 2020-ci ildə istehsal edilən ilk modelləri Polşada yerləşən Enter Air SA tərəfindən satın alınıb. 4 ədəd 737-8 təyyarəsi üçün sifariş alan şirkətin baş meneceri Grzegorz Polaniecki yeni istehsal edilən təyyarələrin etibarlı olduğuna inandıqlarını söyləyib. Təyyarələrin nə qədər təhlükəsiz olduğu qarşıdakı illərdə bəlli olacaq.