Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Huawei Band 4 Pro təqdim edildi - Əsas xüsusiyyətləri

Huawei Band 4 Pro təqdim edildi - Əsas xüsusiyyətləri

Tarix: 25 Avqust 2020 22:16

Huawei Band 4 Pro istifadəçilərə təqdim edilib.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, yeni model 11 fərqli idman növünü dəstəkləyir. GPS modulu ilə inteqrasiya olunan Huawei Band 4 Pro idman məlumatlarını hər hansı telefona bağlanmadan qeyd edə bilir.

Cihazda 0,95 düymlük AMOLED ekrandan istifadə olunub. Çəkisi 25 qram olan ağıllı bilərzik 5-12 gün müddətində enerji saxlama qabiliyyətinə sahibdir.

Modeldə nəbz ölçmə, yuxu rejiminin təqibi və digər tibbi funksiyalar da mövcuddur.

Qeyd edək ki, hazırda yalnız Türkiyədə istifadəyə verilən Huawei Band 4 Pro yaxın günlərdə digər ölkələrdə də təqdim ediləcək.


Etiketlər:  Huawei Band təqdim edildi Əsas xüsusiyyətləri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ