Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lüksemburq millisində itkilər - Bakıya gəlməyəcəklər

Lüksemburq millisində itkilər -  Bakıya gəlməyəcəklər

Tarix: 26 Avqust 2020 15:40

Lüksemburq yığması UEFA Millətlər Liqasında millimizlə oyuna ciddi itkilərlə çıxacaq.

Qol.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Lük Holts mətbuat konfransında bildirib.

O, yerli "Virtol" klubunun oyunçusu David Türpelin zədə səbəbindən Bakıdakı görüşdə iştirak etməyəcəyini deyib.

Bundan başqa, ABŞ-ın “Nyu-York Siti” klubunda çıxış edən Maksim Şanonun da Bakıya gəlməyəcək. Buna koronavirusla bağlı karantin ehtimalı səbəb olub: “Neçə vaxtdır Maksimlə danışırıq. Telefon söhbətlərinin yekununda belə qərara gəldik. Çünki ABŞ-a qayıdanda onu iki həftəlik karantin gözləyir. Bu səbəbdən də futbolçunun bununla razılaşmasını gözləməyə dəyməzdi”.

Holts bu oyunçuların əvəzinə hazırda klubsuz olan Marvin Martins və Kris Filipsi komandaya cəlb edib.

Qeyd edək ki, sentyabrın 5-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Lüksemburq matçı saat 20:00-da başlayacaq.

 

 


Etiketlər:  Lüksemburq millisində itkilər Bakıya gəlməyəcəklər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ