Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xiaomi və Redmi smartfonlarının əsas fərqi nədir?

Xiaomi və Redmi smartfonlarının əsas fərqi nədir?

Tarix: 27 Avqust 2020 07:04

Xiaomi şirkətinin rəhbəri və qurucusu Lei Zun, şirkətin Redmi smartfonlarını ayrı bir marka halına gətirmək qərarını izah etdi.

Zun bildirib ki, Mi və Redmi markalarının ayrılmasının səbəbi mövqelərindəki fərqdir. Redmi, e-ticarət platformalarında satılan ucuz qiymətli smartfonları təklif edirsə, Mi, mağazalarda əldə edilə bilən yüksək keyfiyyətli cihazlara yönəldilmişdir.

Sonxeber.net techland.az-a istinadən bildirir ki, beləliklə, şirkətin indi üç marka smartfonu var, bunların hər biri müəyyən alıcı kütləsi üçün nəzərdə tutulub: Mi - premium telefonlar, Redmi - büdcə modelləri və Poco - əlverişli qiymətə premium telefonlar.

Xiaomi'nin strategiyası daha bir Çin smartfon istehsalçısı Huawei'nin əvvəllər qəbul etdiyi strategiyaya bənzərdir. Şirkət yüksək keyfiyyətli telefon istehsalına diqqət yetirərək büdcə Honor modellərini ayrı bir marka halına gətirdi.


Etiketlər:  Xiaomi Redmi smartfonlarının əsas fərqi nədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ