Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Apple AirPower-in ləğv olunma səbəbi açıqlandı

Apple AirPower-in ləğv olunma səbəbi açıqlandı

Tarix: 27 Avqust 2020 20:40

Əksər cihazları naqilsiz enerji ilə təmin edən Apple AirPower-in ləğv olunması istifadəçilər üçün müəmmalı qalmışdı.

Milli.Az ted.az-a istinadən bildirir ki, cihazın ləğvi ötən ilin martında dəqiqləşsə də, səbəbi açıqlanmamışdı. Bir neçə gün öncə Apple AirPower-in prototipi olduğu iddia edilən cihazın ortaya çıxması istifadəçilərin suallarını daha da qətiləşdirib.

Prototipi yayımlayan platformanın iddialarına görə,  Apple AirPower-in ləğvinin əsas səbəbi isinmə problemini həll edə bilməməsidir. Cihazın daxilində yerləşən 14 ədəd naqilsiz enerji çipinin də isinmədə rolu istisna olunmur.

Milli.Az


Etiketlər:  Apple AirPower in ləğv olunma səbəbi açıqlandı


RƏYLƏR