Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Avqust 2020 20:48
"Nokia" brendli smartfonlar buraxan "HMD Global" şirkəti üç yeni ucuz qurğu - "4G/LTE" mobil rabitə dəstəkli mobil telefonlar hazırlayır.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, hazırlanan qurğulardan biri "Nokia 215" telefonunun yeni variantıdır: qurğu "Nokia 215" (2020) və ya "Nokia 215 4G" adlanacaq. Model "HMD Global" çeşidində ən ucuz "4G" telefon olacaq. Onun konstruksiyasında adi kamera belə nəzərdə tutulmayıb.
Bundan başqa, arxa kamera ilə təchiz edilən "Nokia 225" telefonunun nümayişi planlaşdırılır. Fotoşəkildə qurğunun korpusu göy rəngdə göstərilib.
Həmçinin "Leo Basic" kod adlı "Nokia" qurğusu hazırlanır. Telefon arxa kamera və intellektual səsli köməkçi funksiyasını çağırmaq üçün və fiziki düymə ilə təchiz ediləcək.
Bütün modellər naviqasiya düyməsi və ekranın altında yerləşən əlifba sıralı rəqəmli klaviatura ilə təchiz olunacaq. Proqram platforması qismində "KaiOS" mobil əməliyyat sistemindən istifadə ediləcək.
Yeni qurğuların təqdimatı sentyabra nəzərdə tutulur.