Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyun 2019 14:20
"Derbi Kaunti"nin baş məşqçisi Frenk Lempard "Çelsi"nin sükanı arxasına keçməyə yaxındır.
Qol.az-ın "The Times" nəşrinə istinadən yaydığı xəbərə görə, gənc mütəxəssis London klubu ilə 3 illik müqavilə bağlayacaq. 41 yaşlı çalışdırıcının "Çelsi"də ilinə, bonuslardan əlavə, 4 milyon avro məvacib alacağı bildirilir.
Klub rəhbərliyi veteran futbolçunun elə bu həftə işə başlamağını istəyir. Çünki iyunun 29-da bəzi futbolçular istirahəti başa vururaq, komandanın düşərgəsinə qayıdacaqlar.
Qeyd edək ki, "Derbi Kaunti" Lemparda görə "Çelsi"dən 4 milyon avro təzminat tələb edirlər.