Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Avqust 2020 22:27
Dünyanın ən sürətli superkompüteri olan Yaponiyanın "Fugaku" cihazı koronavirusdan ən yaxşı qorunmaq üçün birdəfəlik toxunmamış maskalar taxmağı tövsiyə edib.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, kompüterin apardığı hesablamalar nəticəsində adıçəkilən maskaların xəstə tərəfindən öskürərkən, yaxud asqırarkən ifraz etdiyi mikro hissələri pambıq parça və digər maskalara nisbətən daha yaxşı saxladığı üzə çıxıb.
Qeyd edək ki, 2014-cü ildən başlamış tədqiqatlar nəticəsində hazırlanaraq cari ilin iyun ayından istifadəyə verilən "Fugaku" superkompüteri saniyədə 415 kvadrilyondan artıq əməliyyat icra etmək iqtidarındadır.