Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Avqust 2020 22:44
Zoom istifadəçiləri tətbiqdə baş verən problemlərdən şikayət ediblər.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu barədə "Downdetector" resursu məlumat yayıb.
Məlumata görə, xidmətə daxil olmaq, videokonfranslara qoşulmaq mümkün deyil.
Tətbiqin işindəki fasilələr dünəndən başlayıb. Şikayətlərin çoxu ABŞ və Böyük Britaniyadan olan istifadəçilər tərəfindən qeydə alınıb.
Qeyd edək ki, Zoom tətbiqi pandemiyadan sonra populyarlaşıb. Yanvar-mart aylarında xidmətin ümumi auditoriyası 10 milyondan 200 milyona qalxıb, mənfəəti isə 135 dəfə artıb.