Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Tədrisin bərpası sanitar-epidemioloji vəziyyətlə uyğunlaşdırılmalıdır''

''Tədrisin bərpası sanitar-epidemioloji vəziyyətlə uyğunlaşdırılmalıdır''

Tarix: 28 Avqust 2020 15:08

Mövcud sanitar-epidemioloji vəziyyət bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də reallıqları dəyişib. Təhsil müəssisələrinin fəaliyyətinin dayandırılması təbii ki, uşaqların istər intellektinə, istərsə də mənəvi-psixoloji vəziyyətinə bu və ya digər formada təsir edib.

Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat bildirib ki, ümumiyyətlə, ötən tədris ilində koronavirus səbəbindən şagirdlərdə geriləmə müşahidə olunur:

"Mövcud vəziyyətdən çıxış yolu ilk növbədə sanitar-epidemioloji vəziyyəti nəzərə almaqla adekvat addımların atılmasındadır. Məlumdur ki, yoluxmanı lokallaşdırmağa müvəffəq olan ölkələrdə ümumtəhsil müəssisələrinin fəaliyyəti bərpa olunur. Ölkəmizdə də həyata keçirilən kompleks tədbirlər nəticəsində təhsil müəssisələrinin fəaliyyətinin müəyyən çərçivədə bərpasına şərait yaranıb. Təbii ki, fəaliyyəti bərpa olunan müəssisələrdə təhlükəsizlik qaydalarının tətbiqi mütləqdir. Artıq mütəxəssislərin də söylədiyi kimi, tədrislə bağlı fərqli sxemlərin tətbiqi mümkündür. İlk növbədə uşaqların sağlamlığının təmin olunması və virusun yayılmasının qarşısının alınması başlıca şərtdir. Ərazilərin və məktəblərin xüsusiyyəti nəzərə alınmaqla təhlükəszilik qaydaları hazırlanmalı və onların icrasına ciddi nəzarət mexanizmi formalaşdırılmalıdır. Aktual məsələlərdən biri yoluxma halları müəyyən olunduqda həyata keçirilməsi zəruri olan tədbirlərlə bağlıdır. Siniflərdə sıxlıq yaranacağı təqdirdə onların yarımqruplara bölünməsi də təklif olunur. Bir sözlə, ənənəvi tədrisin tətbiqi arzuolunmaz nəticələrə gətirib çıxarmamalıdır. Bunun üçün bütün qabaqlayıcı tədbirlər görülməlidir.

Sanitar-epidemioloji vəziyyətə gəlincə, sevindirici haldır ki, hazırda Azərbaycan yoluxma-sağalma nisbətinə görə ən yaxşı nəticələr nümayiş etdirən ölkələr sırasındadır. Lakin bu pozitiv dinamikanı qoruyub saxlamaq şərtdir. Xüsusilə respirator xəstəliklərin aktivləşdiyi payız-qış mövsümünün risklərini nəzərə almalıyıq. Beynəlxalq təcrübə göstərir ki, koronavirusla mübarizədə uğur qazanmış və karantin rejimini ləğv etmiş ölkələr sonrakı dövrdə infeksiyanın geniş yayılması nəticəsində yenidən məhdudiyyətləri bərpa etməyə məcbur olur. Bu mənada vaksin tapılmayana qədər sosial izolyasiya qaydalarına əməl etmək zəruridir".


Etiketlər:  Tədrisin bərpası sanitar epidemioloji vəziyyətlə uyğunlaşdırılmalıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ