Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Köhnə smartfonla nə etmək olar?

Köhnə smartfonla nə etmək olar?

Tarix: 29 Avqust 2020 19:40

Zibilliyə atılan sonra tullantıxanaya düşən köhnə telefon ətraf mühiti çirkləndirir. Köhnə telefon və ya hər hansı bir sənaye məhsulu yenidən emala verilməlidir. Bunun səbəbi cihazın dağılmayan, dözümlü materiallardan hazırlanmasıdır. Bu haqda Müstəqil Ekspertiza Mərkəzinin texniki mütəxəssisi İvan Simonov danışıb.

Sonxeber.net deyerler.org-a istinadən bildirir ki, mütəxəssis tullantıxanaya atılan smartfonun ətraf mühiti çirkləndirəcəyini deyir. Buna görə cihazı təkrar istifadə üçün xüsusi qəbul məntəqəsinə və ya ticarət şəbəkələrinin birinə təhvil vermək lazımdır. "Təbiətə qayğı göstərməkdən əlavə, təkrar istifadənin müsbət tərəfləri də var. İndi bir çox ticarət şəbəkələri təkrar emal üçün işlənmiş avadanlıq qəbul etməyə başlayıb - bir cihaz müqabilində növbəti alışda endirimlər edilir", - deyə ekspert izah edib. Simonov xatırladır ki, telefon batareyasında ətraf mühit üçün zərərli maddələr var. Emal zamanı yenidən istifadə üçün cihazdan qiymətli materiallar çıxardılır və ya komponentlər təkrar emala göndərilir. Onun sözlərinə görə, köhnə cihazları təkrar emala verən insanlar yeni qurğulara can verir.


Etiketlər:  Köhnə smartfonla etmək olar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ