Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2020 18:48
"Çelsi" "Bayer"in yarımmüdafiəçisi Kay Havertsin transferini bitirib.
Qol.az xəbər verir ki, Leverkuzen təmsilçisinin baş məşqçisi Peter Boş "Kicker"ə açıqlamasında almaniyalı futbolçunun müqavilə imzalamaq üçün Londona yollandığını deyib.
Britaniya mətbuatı "zadəganlar"ın bu keçid üçün qarşı tərəfə 80 milyon avro təzminat ödəyəcəyini yazıb. Almaniya millisinin üzvü ilə 5 illik müqavilə imzalanacağı gözlənilir.
Qeyd edək ki, 21 yaşlı yarımmüdafiəçi ötən mövsüm 35 oyunda 12 qol vurub, 8 məhsuldar edib.