Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Naqatomo Fransa klubunda

Naqatomo Fransa klubunda

Tarix: 1 Sentyabr 2020 12:24

Yaponiya millisinin sabiq müdafiəçisi Yuto Naqatomonun yeni klubu müəyyənləşib.

Qol.az xəbər verir ki, 33 yaşlı futbolçu "Marsel"ə transfer olunub. Bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb.

2018-ci ildən “Qalatasaray”da çıxış edən, bu yay İstanbul klubundan ayrılan futbolçu fransızlarla bir illik müqaviləyə imza atıb.

Qeyd edək ki, “Tokyo”nun yetirməsi olan Naqatomo, İtaliyada “Çezena” və “İnter” klublarının da uğurları üçün çalışıb. O, Yaponiya millisində keçirdiyi 122 oyunda 4 qol vurub.

 


Etiketlər:  Naqatomo Fransa klubunda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ