Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Niderlandda sosial məsafə qaydalarına əməl etməyin yeni üsulu tapılıb (FOTO)

Niderlandda sosial məsafə qaydalarına əməl etməyin yeni üsulu tapılıb (FOTO)

Tarix: 1 Sentyabr 2020 18:56

Bakı. Trend:

Niderlandda sosial məsafə qaydalarına əməl etməyin yeni texnoloji üsulu hazırlanıb.

Trend-in məlumatına görə, Rotterdam vağzalında təhlükəsizlik zonaları qeyd olunan meydança yerləşdiriləcək.

Hündürlüyü 0,5 metr olan qurğu membranla örtülüb və bu membranın lifləri təsir nəticəsində formasını dəyişir.

Belə ki, insan bu meydançanın üzərinə çıxarkən onun ətrafında 1,5 metrlik təhlükəsizlik zonası formalaşır və bu zona narıncı rəng alır. İnsanlar bir-birinə daha yaxın durduqca rəng daha da qatılaşır.

Həmin qurğu yaxın zamanlarda vağzal ərazisində yerləşdiriləcək.


Etiketlər:  Niderlandda sosial məsafə qaydalarına əməl etməyin yeni üsulu tapılıb FOTO


RƏYLƏR