Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Göyəm haqqında

Göyəm haqqında

Tarix: 3 Sentyabr 2020 07:03

Göyəm çox da iri olmayan göyəm ağacının meyvəsidir. Göyəm ağacı kol bitkisinə bənzədiyi üçün onun kol və ya ağac olduğunu qarışdıranlar da var. Onun boyu 1-4 metr, bəzi hallarda isə 8 metr hündürlüyə qədər qalxa bilir. Göyəm ağacının budaqları yanlara doğru düz inkişaf edir, ondan isə kiçik budaqlar çıxır.
Göyəmin yarpaqları oval şəklində və yaşıl rəngdə olur. Yaz aylarında göyəm ağacı daha yaraşıqlı olur. Onun ağ rəngli çiçəkləri ağacın hər tərəfini örtərək gözəl görüntüyə sahib olur. Göyəm aprel-may aylarında çiçəkləyir, çiçəklər töküldükdən sonra isə meyvələr yetişməyə başlayər. Göyəm əkildikdən 2-3 il sonra meyvə verməyə başlayır. Onun meyvələrində bir tum olur. Göyəm meyvəsi dairəvi, tünd göy-qara rəngdə, qabığı zərif boz örtüklə örtülmüş olur. Onun meyvələrinin diametri növündən asılı olaraq 10-15 mm ölçüdə olur. Meyvələr avqust-sentyabr aylarında yetişir və lətini tumundan ayırmaq çətin olur. Göyəmin dadı turşa meyilli şirin və yeməlidir.Havalar çox soyuq olduğu zaman meyvələrin həcmi kiçilir, amma, yenə də dadı əvvəlki kimi qalır.
Göyəm Kiçik Asiya ölkələrində, Qərbi Avropada, Aralıq dənizi ölkələrində, Rusiyanın Avropaya yaxın yerlərində,Qafqazda və Qərbi Sibirdə yabanı halda bitir.
Göyəmin tərkibində saxaroza, fruktoza, alma sirkəsi, pekrin, karbohidratlar, steroidlər, triterlenoidlər, azot birləşmələri, karotin, tanin, qətran, katexin, C, E vitaminləri, flavonoidlər, yüksək miqdarda spirt, prunazin qlikozidi, mineral duzlar,yağlar(linolen, palmitin, stearin, olein, eleosteorin) var. Göyəmin yarpaqları C və E vitaminləri, fenolaskorbin, antosian, flavonoidlərlə zəngindir. Göyəm meyvəsinin hər halından (kompot, kisel, mürəbbə, çem və təzə) mədə və bağırsaq xəstəlikləri zamanı istifadə edilir. Yaralı kolit, dizenteriya, qida toksikoinfeklsiyaları və kandidamikoz xəstəlikləri zamanı göyəm və ondan hazırlanan qidalar orqanizmə çox faydalı təsir göstərir. Bağırsaq infeksiyaları zamanı göyəmdən hazırlanan şərab xəstəliyin sağalmasına səbəb olur.
Göyəm meyvəsi antiseptik, sidikqovucu və orqanizmi möhkəmləndirici təsir göstərir. O ürəkbulanmanı kəsir, maddələr mübadiləsini yaxşılaşdırır, sinir sistemini sakitləşdirir. Göyəmin cavan yarpaqlarından çay dəmləyinb içmək qəbizliyi aradan qaldırır, artıq mayenin xaric olmasını sürətləndirir. Onun kökündən qızdırmasalıcı kimi istifadə edilir.
Göyəm meyvəsi qeyri-spesifik kolit, dizenteriya, ishal, zəhərlənmələr və toksikoinfeksiya xəstəliklərinin əlamətlərini azaldaraq xəstəliyin sağalmasının sürətləndirir.
Göyəmdən mədə, bağırsaq, qara ciyər, böyrəklər, nevralgiya, avitaminoz və maddələr mübadiləsinin pozğunluqları zamanı geniş istifadə olunur.
Göyəmdən hazırlanan preparatlar iltihab əleyhinə, diuretik, bəlğəmgətirici, antibakterial təsirə malik olur.
Göyəm çiçəklərinin dəmləməsi maddələr mübadiləsini yaxşılaşdırır, dəri xəstəliklərini sağaldır, bağırsaqların peristaltikasını normallaşdırır, revmatizma, frunkullar və digər irinli xəstəliklər zamanı xəstəliyin sağalmasına səbəb olur.
Təzə çəkilmiş göyəm şirəsi sarılıq əlamətlərini aradan qaldırır. Onun çiçəklərindən dəmllənmiş çayı qəbizlikdən əziyyət çəkən uşaqlara verməkdə fayda var.
Dəri xəstəlikləri zamanı təzə göyəm şirəsini kompores şəklində qoymaq səpgiləri sağaldır.
Mədə-bağırsaq narahatçılıqları və lyamblya xəstəliyi zamanı təzə göyəm şirəsi içməkdə fayda var.
Onun çiçəklərindən hazırlanan dəmləmə ağız boşluğu və boğazda olan xəstəliklərin sağalmasını sürətləndirir.
Göyəm çiçəyinin dəmləməsi təzyiqi aşağı salır, damar tıxanıqlığının qarşısını alır.
Dəmləməni sirkə ilə qarışdırrıb irinli yaraları silddikdə xəstəliyin əlamətləri aradan qalxır.
Çiçəyinin dəmləməsi sistit, nefrit və xroniki qəbizlik xəstəliyinin sağalmasına səbəb olur. Göyəmin çəyirdəyini udmaq olmaz. Onun tumunda zəhərli sinil turşusu var.  Mütəxəxssislər göyəmdən hazırlanan konservləşdirilmiş məmulatların bir ildən artıq saxlanılmasın əleyhinədirlər. Buna səbəb isə çəyirdəyin tərkibində olan zəhərin qidalara keçə bilməsidir. Çərdəksiz konserv məmulatlarını isə bir-neçə il saxlamaq mümkündür.
Göyəm çox turş dada malik olan meyvə olduğu üçün o mədə turşuluğunun çoxluğundan, qastritdən, mədə yarasından əziyyət çəkənlərdə narahatçılıqlara səbəb ola bilir. Buna görə də belə adamlar yedikləri göyəm meyvəsinin miqdarına diqqət yetirməlidirlər. Nadir hallarda göyəm allergik reaksiyaların baş verməsinə səbəb ola bilir.


Etiketlər:  Göyəm haqqında


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ