Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“HDR10+” standartını dəstəkləyən ilk “4K” proyektor nümayiş olunub

“HDR10+” standartını dəstəkləyən ilk “4K” proyektor nümayiş olunub

Tarix: 5 Sentyabr 2020 08:32

"Samsung" şirkəti "HDR10+" sertifikasiyasından keçən modellərin daxil olacağı "The Premiere" adlı "4K Ultra Short Throw" (UST) lazer proyektorlar seriyasını təqdim edib.
 
Milli.Az ictnews.az-a istinadən bildirir ki, seriyaya 130 düym diaqonallı "LSP9T" və 120 düymlük "LSP7T" modelləri daxildir. Hər iki proyektor "4K" təsvir ölçüsünü dəstəkləyir. Lakin yalnız birinci model "HDR10+" genişləndirilmiş dinamik diapazon dəstəyinə malikdir. Parlaqlıq 2800 "ANSI" lümen təşkil edir.
 
Məlumata görə, istehsalçı tərəfindən filmlərin seyr edilməsi üçün "Premiere" adlı xüsusi rejim əlavə olunub. Proyektorlar "Samsung Smart TV" əməliyyat sisteminin idarəetməsi ilə işləyir. Bundan başqa, istifadəçilər tərəfindən videoların translyasiyası üçün müxtəlif əlavələr quraşdırıla bilər.
 
"LSP9T" proyektor modelinin Niderlandda tövsiyə edilən qiyməti 6 499 avro təşkil edir. "LSP7T" isə 3 499 avro dəyərində qiymətləndirilib. Payızda Avropa, Cənubi Koreya və ABŞ-da satışa çıxarılacaq yeni qurğuların texniki xüsusiyyətləri barədə ətraflı məlumat sonradan veriləcək.
 

Milli.Az


Etiketlər:  HDR10 standartını dəstəkləyən ilk 4K proyektor nümayiş olunub


RƏYLƏR