Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Sentyabr 2020 08:16
Çinin "Xiaomi" şirkəti "Mi TV 4A Horizon Edition" ailəsinə aid 32 və 43 düym diaqonallı "ağıllı" televizorlar nümayiş etdirib.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, kiçik modelin təsvir ölçüsü "HD" (1366 × 768 piksel), böyüyünün isə "Full HD" (1920 × 1080 piksel) təşkil edir. Ekran panelin müvafiq olaraq 93 və 95 faizini əhatə edir. Hər iki halda baxış bucağı 178 dərəcəyə bərabərdir.
Məlumata görə, yeni qurğularda "Mali-450 MP3" qrafik sürətləndiricisi ilə təchiz edilən 1,5 QHs takt tezlikli dördnüvəli "Amlogic Cortex-A53" prosessorundan istifadə edilib. Operativ yaddaş tutumu 1 giqabayt, quraşdırılmış yaddaş 8 giqabayt təşkil edir.
Televizorlar "Wi-Fi 802.11b/g/n" (2,4 QHs) və "Bluetooth 4.2" simsiz rabitə adapterləri, eləcə də "Ethernet" şəbəkə kontrolleri ilə təchiz olunub. Həmçinin üç "HDMI" çıxışı, iki "USB 2.0" portu və "S/PDIF" interfeysi mövcuddur.
Bundan əlavə, 2 × 10 vatt gücündə stereofonik dinamikli audiosistem nəzərdə tutulub. Proqram platforması qismində "PatchWall" interfeysli "Android" əməliyyat sistemi tətbiq edilib.
Kiçik modelin qiyməti 180 dollar, böyüyünün isə 310 dollar arasında dəyişir.