Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İnsanları ürəkdöyünməsinə görə məsafədən müəyyənləşdirən texnologiya hazırlanıb

İnsanları ürəkdöyünməsinə görə məsafədən müəyyənləşdirən texnologiya hazırlanıb

Tarix: 28 Iyun 2019 17:08

ABŞ Müdafiə Nazirliyi insanları böyük məsafədən və yüksək dəqiqliklə identifikasiya etməyə imkan verən texnologiyanın prototipinin hazırlanmasını sifariş edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Ferra" resursuna istinadən yazır ki, "Jetson" adlı lazer texnologiyası unikal "ürək imzası"nı 200 metrdən tanıyır.

 

Qeyd olunur ki, "Jetson" ürək döyüntüsünü qeydə almaq üçün infraqırmızı lazerdən istifadə edir. Sifətdən və barmaq izindən fərqli olaraq ürəkdöyünməni heç bir üsulla saxtalaşdırmaq mümkün deyil.

 

Hazırda texnologiya qış paltosu kimi qalın qarderob əşyaları ilə deyil, yalnız köynək və futbolka kimi nazik geyim vasitəsilə işləyir. Hədəf hərəkətsiz olan zaman lazımi informasiyanın toplanılması üçün 30 saniyə sərf olunur.

 

Effektivlik, həmçinin düzgün "kardio" məlumat bazasının mövcudluğundan asılıdır. Bu halda dəqiqlik 95 faiz təşkil edəcək. Belə nəticəyə müasir sifətin tanınması sistemləri nail ola bilmirlər.

 

Nizam Nuriyev




Etiketlər:  İnsanları ürəkdöyünməsinə görə məsafədən müəyyənləşdirən texnologiya hazırlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ