Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva BMT İnkişaf Proqramının təşkil etdiyi mərasimdə iştirak edib (FOTO)

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva BMT İnkişaf Proqramının təşkil etdiyi mərasimdə iştirak edib (FOTO)

Tarix: 28 Iyun 2019 22:32

Bakı. Trend:

Azərbaycanda ilk dəfə inklüzivlik hakatonu təşkil edilib.

İyunun 28-də Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının təşkil etdiyi mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.

İnklüzivlik hakatonu ideya və açıq mənbədən olan həll yollarını təklif edə biləcək insanların bir araya gətirilməsi deməkdir. Həll yolları dedikdə tətbiqi proqramlar, veb-saytlar, elektron məhsullar kimi müxtəlif innovativ xidmətlər nəzərdə tutulur.

BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti bu yarışmanın dünyanın 60 ölkəsində keçirildiyini, Azərbaycanda isə ilk dəfə təşkil olunduğunu qeyd etdi. O, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın inklüziv ideyaların ilk carçısı olduğunu və onun daim bu cür layihələrə dəstək göstərdiyini dedi. "İnklüzivliyi bizi birləşdirən amil kimi görək", - deyən Alessandro Frakassetti texnologiyalara dövrümüzün həll variantı kimi yanaşmağı tövsiyə etdi və müsabiqəni "inklüzivliyin çempionatı" adlandırdı.

Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva yarışmanın başlamasını bildirən rəmzi düyməni basdı və müsabiqəyə start verildi. On altı komandadan ibarət hakaton iştirakçıları fasiləsiz olaraq 48 saat ərzində öz ideyalarını praktiki prototiplərə çevirmək üçün təlimatçılar qrupu ilə işləyəcəklər. Təlimatçılar iştirakçı qruplara dəstək göstərəcək və ən yaxşı mümkün həll yollarının işlənib hazırlanmasına kömək edəcəklər. Həyəcanlı təlim modulları və gərgin iş dolu üçgünlük intensiv proqramın sonunda innovasiya, inklüzivlik və texnologiya sahələrində səriştəsi olan milli və beynəlxalq ekspertlərdən ibarət münsiflər heyəti ayrı-ayrı qrupların hazırladıqları modelləri nəzərdən keçirəcək və hansı ideyanın qalib gəldiyinə dair yekun rəy bildirəcəklər. Qalib gələn ideya 5 min manat məbləğində mükafat alacaq və üç ay müddətində ideyanın tətbiqi tamamlanacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyeva İnkişaf Proqramının təşkil etdiyi mərasimdə iştirak edib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ