Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Xiaomi” idman maykası nəbzi ölçəcək

“Xiaomi” idman maykası nəbzi ölçəcək

Tarix: 12 Sentyabr 2020 08:32

"Xiaomi" şirkəti ürək döyüntülərinin sayını izləməyə və elektrokardioqram etməyə imkan verən sensorla təchiz edilən "Mijia Sports ECG T-shirt" adlı yeni idman maykasını Çində satışa çıxarıb.
 
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, rəsmi məlumatlara görə, "Mijia Sports ECG T-shirt" adi idman maykalarına bənzəyir. Mərkəzi sinə hissəsində ənənəvi optik ötürücülərlə müqayisədə daha dəqiq işləyən elektron modul yerləşir.
 
Mayka elektrokardioqramı saniyədə 250 dəfə seçim sürəti ilə olmaqla 60 saniyə ərzində edir. İstifadəçilər ürək döyüntülərinin sayını izləyərək elektrokardioqramı müxtəlif məşqlərin yerinə yetirilməzi zamanı çəkə bilərlər. Elektrokardioqram modulu ürək döyüntülərinin sayını əks etdirən işıq diodlu indikator ilə təchiz edilib.  
 
"Mijia Sports ECG T-shirt" idman maykası 44 dollara təklif olunur.


Etiketlər:  Xiaomi idman maykası nəbzi ölçəcək


RƏYLƏR