Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ceyhun Məmmədov: İşğalçı rejimin rəhbərliyi Qarabağda məskunlaşma siyasətinə davam edir

Ceyhun Məmmədov: İşğalçı rejimin rəhbərliyi Qarabağda məskunlaşma siyasətinə davam edir

Tarix: 12 Sentyabr 2020 09:36

Təəssüflə qeyd etmək lazımdır ki, işğalçı rejimin rəhbərliyi Qarabağda məskunlaşma siyasətinə davam edir. Davamlı olaraq dünyanın müxtəlif yerlərində yaşayan ermənilər Qarabağın ayrı - ayrı bölgələrində yerləşdirilirlər və bu günlərdə də azadlıq raiosunun Livandan Qarabağa köçürülmüş bir erməni ailəsi ilə bağlı hazırladığı sujet cəmiyyətə təqdim edildi. Təəssüf ki, Ermənistan və işğalçı qondarma rejimin rəhbərliyi israrla davamlı olaraq bu fikri bildirir ki, ayrə-ayrı ölkələrdən ermənilərin Qarabağa köçürülməsi siyasəti davam etdiriləcək və Livandan da əhalinin ora köçdüyünün şahidi oluruq. Bütün bunlar qanuna zidd əməllərdir. BMT-nin qətnaməsi var. İşğal olunmuş ərazilərin azad olunması ilə bağlı, Beynəlxalq qurumların münasibətlərə reaksiyaları var. Bunlar Beynəlxalq hüquqa tamamilə ziddir.

Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputatın sözlərinə görə, beynəlxalq qurumlar, təşkilatlar ermənilərə təzyiq etmədiklərinə görə, ermənilərin bu əməllərinə hüquqi qiymət vermədiklərinə görə onlar bu qanun pozuntularına davam edirlər. Qeyri qanuni olaraq Azərbaycan torpaqlarını işğal ediblər, orada məskunlaşma siyasətini həyata keçirirlər. Eyni zamanda bizim dini tarixi abidələrimizi dağıdaraq məhv edirlər. Bu da onu göstərir ki, Ermənistan vandalizm siyasətilə məşquldur. Bu gün Ermənistanın özündə Qarabağda yerləşdirmək üçün kifayət qədər əhali yoxdur. Ancaq onlar bunu təmin etmək üçün xaricdən erməniləri Qarabağa gətirib orada məskunlaşma siyasətini həyata keçirirlər. Ancaq bu da yetərli deyil. Çünki orada işlə bağlı, məskunlaşma ilə bağlı çox ciddi problemlər var. Ona görə də bu proses uzun müddət davam etməyəcək. Hətda əvvəlki dövrlərdən məlum olduğu kimi ayrı-ayrı ölkələrdən köçərək Qarabağa gələnlərin qısa zaman ərzində oranı tərk etdikləri haqda məlumatlar yayılıbdır.

"Biz əminik və inanırıq ki, bizim torpaqlarımız tezliklə işğaldan azad olunacaq və azərbaycanlılar yenidən öz doğma yurdlarına geri dönəcəklər. Bunun üçün bu gün azərbaycanda kifayət qədər imkan var. Azərbaycanın güclü ordusu var. Biz inanırıq ki, o gün uzaqda deyil. Eyni zamanda Beynəlxalq qurumlara müraciət edərək onları ermənilərə təzyiq etməyə, bu qeyri qanuni əməllərindən çəkindirməyə çağırırıq. Bu yol verilməzdir. Dünya ictimaiyyəti bu məsələlərə reaksiya verməlidir və bu proseslərin qarşısı qəti surətdə alınmalıdır", - C.Məmmədov deyib.


Etiketlər:  Ceyhun Məmmədov İşğalçı rejimin rəhbərliyi Qarabağda məskunlaşma siyasətinə davam edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ