Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyun 2019 05:20
Bakı. Trend:
ABŞ və Kanada arasında yerləşən tuneldə yük qatarı relsdən çıxıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, insident ABŞ-ın Miçiqan ştatının Port-Quron şəhəri və Kanada arasında yerləşən Sent Kler tunelində ("St. Clair Tunnel") baş verib.
Məlumata əsasən, lokomotiv və 46 vaqon relsdən çıxıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Qeyd edilir ki, hadisənin nəticələrinin aradan qaldırılması bir neçə gün çəkə bilər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin