Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Sentyabr 2020 10:24
Bakı. Trend:
ABŞ-ın Los-Anceles dairəsi şerifinin iki müavini hücum nəticəsində çoxsaylı güllə yarası alıb.
Trend-in məlumatına görə, bu barədə dairə şerifinin ofisi öz "Twitter" səhifəsində bildirib.
Məlumatda deyilir: "Şərifimizin iki müavinin Kompton şəhərində (Kaliforniya ştatının Los-Anceles dairəsi) güllələnərək yaralandı və yerli xəstəxanaya çatdırılıb".
Bildirilib ki, hər iki müavinin vəziyyəti ağırdır və əməliyyat olunacaqlar.
Patrul avtomobilinə edilən hücumun iştirakçıları hələ müəyyənləşdirilməyib.