Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Sentyabr 2020 22:12
"Masaj və feysbildinq dərinin qocalma prosesini ləngidə bilər. Lakin bunları düzgün tətbiq etmək çox vacibdir".
Sonxeber.net xəbər verir ki, bu sözləri rusiyalı dermatoveneroloq Aleksey Edemski deyib:
"Üzü masaj edərkən dərinin qocalma növünü nəzərə almaq lazımdır. Dəri statik yaşlanmaya meyllidirsə və toxumalar yumşalıbsa, masaj limfatik drenaj etməyə imkan verir, üzdən artıq maye çıxarılır".
Ekspert qeyd edib ki, yaşlanmanın deformasiya növü yumşaq toxumaların aşağı sürüşməsi səbəbiylə meydana gəlir, lakin masaj edərək, üz əzələlərinin tonusunu artırmaq mümkündür.
Bununla birlikdə masaj qırışların öhdəsindən gəlmir və yalnız qısa müddətli qırmızılıq effekti verəcək. Belə hallarda ineksiya və ya cihaz kosmetologiyası istifadə olunur.
Feysbildinq üzün əzələlərini yetişdirmək üçün xüsusi məşqlər deməkdir. Əgər insanın üzü arıq və incədirsə, nöqtə texnikası masajı və feysbildinq etmək daha effektiv təsir göstərəcək.
"Üzdə aktiv masaj hərəkətləri etmək olmaz, çünki bu, astenik qocalma növü üçün pis olan dərialtı yağların daha sürətli mənimsənilməsinə kömək edəcək. Bu vəziyyətdə aktiv masaj hərəkətləri yalnız yaşlanmanı pisləşdirə bilər" , - mütəxəssis sözlərinə əlavə edib.
Həkim hansı hallarda masajın zərərli ola biləcəyini və məşqlərin əks təsir göstərə biləcəyini söyləyib:
"Bir insanın cildində iltihab və ya allergik xəstəlik varsa, masaj etməkdən çəkinmək daha yaxşıdır. Masaj dəri üzərində allergik xəstəlikləri olan bir insan üçün zərərli ola bilər. Düzgün olmayan masaj üsulları dərininin boşalmasına səbəb ola bilər. Əgər masajı səhv etsəniz, əzələləri deyil, dərinin xarici vəziyyətini pisləşdirə bilərsiniz, məsələn, ptozis - göz qapağının yumşaq toxumalarının boşalması", - dermatoloq xəbərdarlıq edib. (publika.az)