Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Sentyabr 2020 14:42
Bakı metropoliteninin "Xocəsən" elektrik deposunun tikintisi davam etdirilir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, deponun inşası ilə bağlı işlər qrafikə uyğun gedir: "İşlər bir neçə mərhələdə nəzərdə tutulub. Birinci mərhələdə depo 3 stansiyada xidmət göstərəcək qatarlara lazımı infrastruktur, təmir, qulluq baxımından önəmli rol oynayacaq. İkinci mərhələdə "Avtovağzal" - "Xocahəsən" istiqamətində tunellərin inşasının başa çatması planlaşdırılır. Hazırda tunellərdən birində yol inftastrukturunun qurulması başa çatdırılıb. Digər tuneldə də bu istiqamətdə işlər davam etməkdədir"