Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyun 2019 15:12
Bakı. Trend:
Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana gətiriləcəyi barədə əməliyyat məlumatı daxil olub.
Komitədən Trend-ə verilən məlumata görə, məlumat əsasında Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İrandan qardaşı ilə birlikdə gələn həmin ölkə vətəndaşı Amin Dana Hassanın idarə etdiyi “Samand” markalı 73D627-10 qeydiyyat nişanlı minik avtomobili saxlanılıb və sürücü şifahi sorğu-sual olunub.
Sorğu-sual zamanı sürücü nəqliyyat vasitəsində qanunla qadağan olunan hər hansı predmetin, o cümlədən narkotik vasitə və ya psixotrop maddələrin olmadığını bildirib.
Yoxlama zamanı nəqliyyat vasitəsinin gövdəsinin sol hissəsində, avtomobilin döşəməsinə bitişik detalın içərisindəki zavod konstruksiyasında nəzərdə tutulan boşluqdan 3 ədəd qara rəngli polietilendə qablaşdırılması ilə birlikdə çəkisi 3470 qram olan psixotrop maddə - metamfetamin aşkarlanıb.
Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı"na daxildir.
Faktla bağlı araşdırma aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin