Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qanunsuz balıq ovlayan şəxs cəzalandırılıb

Qanunsuz balıq ovlayan şəxs cəzalandırılıb

Tarix: 17 Sentyabr 2020 09:54

Bakı. İlhamə İsabalayeva - Trend:

Qızılağac Milli Parkının və Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının 16 sentyabr 2020-ci il tarixində birgə keçirdikləri növbəti nəzarət tədbirləri zamanı milli parkın ərazisində, Kiçik Körfəzin su akvatoriyasında qanunsuz balıq ovlayan şəxs saxlanılıb.

Trend-in məlumatına görə, bunu Xidmətin rəis əvəzi Firuddin Əliyev bildirib.

“Araşdırma zamanı brakonyerin Lənkəran rayon Nərimanabad qəsəbə sakini Sabir Hüseynov olduğu və təbiətə 1056 manat ziyan dəydiyi məlum olub. Qanun pozucusundan istifadəsi qadağan olunan ov alətləri və müxtəlif növ balıqlar götürülüb.

Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxs barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün hazırda istintaq aparılır”.


Etiketlər:  Qanunsuz balıq ovlayan şəxs cəzalandırılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ