Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Sentyabr 2020 16:20
Bakı. Elçin Mehdiyev – Trend:
Azərbaycanın işğal olunmuş ərazilərində tarixi abidələrin ermənilər tərəfindən dağıdılması məsələsi hər zaman bizim gündəmimizdədir.
Trend-in məlumatına görə, bu barədə Milli Məclisin Mədəniyyət Komitəsinin bu gün keçirilən iclasında Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyib.
Nazir müavini bildirib ki, biz bununla bağlı məsələlər beynəlxalq səviyyədə də qaldırılmalıdır: “Bu məsələdə həmrəylik nümayiş etdirərək səsimizi daha da ucaltmalıyıq. Bununla bağlı hansısa bir fəaliyyət planının olması barədə də fikirləşə bilərik”.