Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Müəllimin dərs zamanı maska taxması zərərlidir - Pediatrdan XƏBƏRDARLIQ

Müəllimin dərs zamanı maska taxması zərərlidir - Pediatrdan XƏBƏRDARLIQ

Tarix: 17 Sentyabr 2020 23:27

"Uşaqlar müəllimin ağzından çıxan hərfin şəklini belə görərək öyrənməlidir.

Sinifdə müəllimin maska taxması doğru deyil. Saat ərzində maskada qalıb danışmaq çox çətindir. Hipoksik vəziyyətdə olacaqlar. Muəllim maska niyə taxmalıdır? Kimdən özünü və ya özündən kimi qoruyur? Axı onun sinifdə qarşısında olanlar uşaqlardır. Uşaqlar isə gördüyümüz kimi risk qrupu deyil, yoluxsa da çox yüngül keçirir, virus uçun munbit şəraitli məskən deyil, buna görə də digər insanlar üçün yoluxma mənbəyi olmur".

Milli.Az medicina.az-a istinadən bildirir ki, bu fikirləri həkim pediatr Aytən İsmayılzadə bildirib. O məktəblərdə müəllimlərin koronavirusdan qorunmasında maskanın effektsiz olduğunun səbəblərini izah edir.

"Müəllimin özünün yoluxması yaxud onun uşağı yoluxdurması baş verməyəcək. Ən azından xəstə olan muəllim məktəbə gəlməyəcək yaxud gələndə hərarət ölçüləcək.

Simptomsuz keçirirsə belə deməli, yenə yoluxma olmayacaq. Çünki sahibini simptomu verəcək dərəcədə xəstələndirə bilməyən virus yükü digər sağlam insan üçün təhlukə sayılmır.

Mən pediatram, mən də uşaqlarla işləyirəm. Amma maska taxıram. Çünki uşağın yanında valideyn, nənə-baba gəlir.
Müəllimin lövhə qarşısında uzaq məsafədə danışacaqsa heç taxmamalıdır. Qapalı məkandır deyib məsələni böyütməyək.

Onsuz da muəllimlərin işi çətinləşib, üç növbə ilə dərs keçmək... Hələ bir də bunu maska ilə tələb etmək doğru deyil.
Qapalı məkanda iş yerində maska taxmaq digər insanlara şamil oluna bilər. Amma yalnız uşaqlarla bir sinifdə olan müəllimə aid edilməli deyil.

Həm də maskadan doğru istifadəni nəzərə alsaq ki, iki saatdan bir dəyişməli, virus yapışar deyə çənəyə salınmamalı, üzərinə əl vurulmamalı və s. bunlara da heç kim əməl etməyəcək, Deməli, bu müəllimlərin sinifdə maska taxmaq məsələsi formallıqdan başqa nəsə deyil. Əgər virus o məktəbə daxil olubsa maska onsuz da qorumayacaq.

Müəllimlərə mənim məsləhətim : onsuz da biz desək də dediyimiz baxan olmur. Başqa yolunuz olmasa çox nazik materialdan, havakeçirən çit parçadan maska taxın. Nəfəsiniz açıq olsun!"

Milli.Az


Etiketlər:  Müəllimin dərs zamanı maska taxması zərərlidir Pediatrdan XƏBƏRDARLIQ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ