Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlin sonunadək Azərbaycanın 10,7 min hektar ərazisinin su təminatı yaxşılaşdırılacaq

İlin sonunadək Azərbaycanın 10,7 min hektar ərazisinin su təminatı yaxşılaşdırılacaq

Tarix: 18 Sentyabr 2020 16:04

Bakı. Ceyhun Ələkbərov - Trend:

Ölkədə qazıntısı nəzərdə tutulan 443 subartezian quyusunun 235-də qazma işləri artıq tamamlanıb.

Bunu Trend-ə açıqlamasında Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Dilqəm Şərifov bildirib. Onun sözlərinə görə, əhalisi 963 minə yaxın olan 39 şəhər və rayonun 337 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı ərazilərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə Prezident İlham Əliyevin sərəncamına əsasən, bu il 443 subartezian quyusunun qazılıb istifadəyə verilməsi nəzərdə tutulur: "Əvvəllər bir ilə 300 subartezian quyusu qazılırdısa, bu il belə quyuların sayı 443 olacaq. 235 quyuda qazma işləri artıq tamamlanıb. Onlardan 48-i hazırda işlək vəziyyətdədir və həmin quyuların suyundan istifadə olunur, 30 quyuda isə qazma işləri davam edir”.

D.Şərifov qeyd edib ki, qazılması planlaşdırılan digər subartezian quyularının da artıq yerləri müəyyən olunub və layihə-smeta sənədləri hazırdır. 2020-ci ildə qazılacaq 443 ədəd subartezian quyularından 204-ü pambıqçılıq rayonlarında nəzərdə tutulub: “Bu quyular qazıldıqdan sonra 10 min 707 hektar sahənin su təminatı yaxşılaşacaq. Son 17 il ərzində Prezident İlham Əliyevin sərəncamları əsasında 2 min 619 subartezian quyusu qazılaraq istifadəyə verilib. Hazırda 8 min 94 subartezian quyusu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən istismar olunur və onların hər biri də işlək vəziyyətdədir”.


Etiketlər:  İlin sonunadək Azərbaycanın hektar ərazisinin təminatı yaxşılaşdırılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ