Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

16 nömrəli Uşaq Musiqi Məktəbi təmirdən sonra açıldı - FOTO

16 nömrəli Uşaq Musiqi Məktəbi təmirdən sonra açıldı - FOTO

Tarix: 18 Sentyabr 2020 18:45

Sentyabrın 18-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Kövkəb Səfərəliyeva adına 16 nömrəli Uşaq musiqi məktəbinin əsaslı təmirdən sonra açılışı olub. 

Mədəniyyət Nazirliyindən Milli.Az-a verilən xəbərə görə, mərasimdə iştirak edən Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov öncə məktəbin fəaliyyəti haqqında məlumatın yer aldığı və milli musiqi alətlərimizin nümayiş olunduğu stendlə tanış olub.

A.Kərimov məktəbin əsaslı təmirdən sonra açılışının məhz Milli Musiqi Günündə keçirilməsinin rəmzi məna daşıdığını diqqətə çatdırıb və kollektivi təbrik edib.

Daha sonra açılışı bildirən rəmzi qırmızı lent kəsilib və məktəbin sinif otaqlarına baxış keçirilib.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov məktəbdə görülən təmir və yenidənqurma işləri barədə Mədəniyyət nazirinin birinci müavininə məlumat verib. 

Mərasimdə müəllim və şagird kollektivinin ifasında konsert proqramı təqdim edilib.

A.Kərimov sinif otaqlarına baxıb, burada quraşdırılan müasir musiqi avadanlıqları ilə tanış olub. Tədris otaqlarında hər dərsə uyğun alətlərinin yer alması, şagirdlərin tədrisi üçün zəruri  ləvazimatla təchiz edilməsi təqdir olunub.

Sonda A.Kərimov bir daha məktəbin kollektivinə təbriklərini çatdırıb və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Milli.Az


Etiketlər:  16 nömrəli Uşaq Musiqi Məktəbi təmirdən sonra açıldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ