Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AQTİ laboratoriyalarında növbəti mediatur keçirilib - FOTO

AQTİ laboratoriyalarında növbəti mediatur keçirilib - FOTO

Tarix: 18 Sentyabr 2020 20:52

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Analitik Ekspertiza Mərkəzinin nəzdindəki laboratoriyaların fəaliyyəti, həmçinin bal və digər arıçılıq məhsullarının laborator müayinələrinin aparılması ilə yerində əyani tanışlıq məqsədilə sentyabrın 18-də mediatur təşkil edilib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, 20-dək KİV nümayəndəsinin iştirak etdiyi tədbirdə qeyd olunub ki, AQTİ tərəfindən qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı ilə bağlı maddi-texniki bazanın gücləndirilməsi, eləcə də modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. İşçilərin peşəkarlığının artırılması, həmçinin laboratoriya nəticələrinin tanınması məqsədilə bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri daima inkişaf etdirilir.

Qeyd olunub ki, Analitik Ekspertiza Mərkəzinin nəzdində fəaliyyət göstərən laboratoriyalarda idxal, ixrac və ölkədə istehsal olunan qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə, baytar-sanitar və fitosanitar təhlükəsizliyin təmin edilməsi məqsədilə müxtəlif müayinələr həyata keçirilir.

AQTİ-nin laboratoriyalarında beynəlxalq standartlara uyğun metodlarla aparılan müayinələrin nəticələrinin dünyanın qabaqcıl ölkələrinin laboratoriyaları ilə uyğunluq təşkil etdiyi də mediatur iştirakçılarının diqqətinə çatdırılıb. Daha sonra media nümayəndələri AQTİ laboratoriyalarına baxış keçirib, buradakı iş prinsipi ilə tanış olublar.

Mediatur iştirakçıları Milli Referens Laboratoriyasında bal və arıçılıq məhsullarının müayinələrini əyani şəkildə müşahidə ediblər. Onlara məlumat verilib ki, Milli Referens Laboratoriyasında bal və arıçılıq məhsullarında keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə orqanoleptik, reduksiyaedici şəkər, suyun kütlə payı, diastaza ədədi, qlükoza, fruktoza, saxarozanın ayrı-ayrılıqda kütlə payı, qlükoza və fruktoza cəmi, elektrik keçiriciliyinin səviyyəsi, hidroksimetilfurfurolun miqdarı (HMF), hidroksimetilfurfurolun keyfiyyət analizi, mexaniki qarışıqlar, qıcqırma əlaməti, sərbəst turşuluq, eyni zamanda təhlükəsizlik göstəricilərindən ağır metallar, radionuklidlər, pestisid qalıqları, antibiotik qalıqları və digər sınaqlar həyat keçirilir.

Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.


Etiketlər:  AQTİ laboratoriyalarında növbəti mediatur keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ