Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Morata rəsmən ''Yuventus''da

Morata rəsmən ''Yuventus''da

Tarix: 23 Sentyabr 2020 01:42

"Atletiko"nun futbolçusu Alvaro Moratanın "Yuventus"a keçidi rəsmiləşib.

Qol.az Turin klubunun saytına istinadən xəbər verir ki, 27 yaşlı hücumçu bu mövsümün sonuna kimi icarə əsasında A seriyası təmsilçisində çıxış edəcək. Müqavilənin daha il uzadılması imkanının olduğu da vurğulanıb.

İtaliya mətbuatı "Yuventus"un bu transfer üçün 9 milyon avro icarə haqqı ödəyəcəyini yazıb.

Qeyd edək ki, Morata 2014-2016-cı illərdə də Turin klubunda oynayıb.

 


Etiketlər:  Morata rəsmən Yuventusda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ