Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Abşeronda evdə yanğın baş verib

Abşeronda evdə yanğın baş verib

Tarix: 26 Sentyabr 2020 20:00

Abşeron rayonunda yaşayış binasında yanğın olub.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, Abşeron rayonunun Masazır qəsəbəsində beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 57 m² olan mənzilin mətbəxində mebel 8 m² sahədə qismən yanıb.

Yüksək temperaturdan mətbəxin plastikdən ibarət pəncərə çərçivəsi və lambirindən ibarət tavanı 8 m² sahədə əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb


Etiketlər:  Abşeronda evdə yanğın baş verib


RƏYLƏR