Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Nokia 3.4” və “Nokia 2.4” smartfonları təqdim edilib

“Nokia 3.4” və “Nokia 2.4” smartfonları təqdim edilib

Tarix: 26 Sentyabr 2020 23:16

Onlayn təqdimat çərçivəsində yeni "Nokia" smartfonları təqdim edilib. Böyükölçülü ekran və tutumlu akkumulyatora malik ucuz "Nokia 2.4" və "Nokia 3.4" modelləri təqdim edilib.
 
Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Nokia 3.4" modeli 6,4 düymlük displeylə təchiz edilib. Smartfon plastik arxa qapaqlı alüminium çərçivəyə salınıb. Arxa tərəfdə əsas kamera modulu və barmaq izləri skaneri yerləşdirilib.
 
Smartfonda "Google Assistant"ın sürətli işə salınması üçün ayrı bir düymə nəzərdə tutulub. NFC texnologiyasının tətbiqi mağazalarda təmassız ödəniş etməyə imkan verir. "Nokia 3.4" qurğusu "Android 10"un idarəetməsi altında işləyir.
 
"Nokia 3.4" cihazının texniki xüsusiyyətləri:
 
Ekran: 6,39 düym, HD+
Prosessor: 8 nüvəli "Snapdragon 460"
Əməli yaddaş: 3 QB
Daşıyıcı: 64 QB, 512 QB-dək "microSD" yaddaş kartı dəstəyi
Əsas kamera: 13 mp + 5 Mp + (ultra genişbucaqlı obyektiv) + 2 mp (dərinlik sensoru)
Ön kamera: 8 mp
Akkumulyator: 4000 milliamper/saat, 10 vatlıq enerjidoldurma
Təhlükəsizlik: arxa tərəfdə barmaq izləri skaneri
Rabitə: "Dual LTE", "Wi-Fi 802.11n", "Bluetooth 4.2" (apX Adaptive), "GPS/AGPS", "QLONASS", "BDS", "Beidou", "NFC"
Konnektorlar: USB Type-C, 3,5 mm
Əməliyyat sistemi: Android 10
Əlavə: "Google Assistant"ın çağırılması düyməsi
Ölçüləri: 160,97 x 75,99 x 8,7 mm
Çəki: 180 qr
 
"Nokia 2.4" modeli 6,5 düymlük ekrana malikdir. Arxa qapaqda ikiqat əsas kamera və barmaq izləri skaneri quraşdırılıb. Smartfonda "Google Assistant"ın işə salınması üçün ayrı bir düymə nəzərdə tutulub.
 
"Nokia 2.4" qurğusunun texniki xüsusiyyətləri:
 
Ekran: 6,5 düym, 1600x720, 19:9
Prosessor: 8 nüvəli "MediaTek Helio P22"
Əməli yaddaş: 2/3 QB, LPDDR4x
Daşıyıcı: 32/64 QB, e-MMC 5.1, 512 QB-dək "microSD" yaddaş kartı dəstəyi
Əsas kamera: 13 mp (f/2.2) + 2 Mp (dərinlik sensoru)
Ön kamera: 5 mp
Akkumulyator: 4500 milliamper/saat, 5 vatlıq enerjidoldurma
Təhlükəsizlik: arxa tərəfdə barmaq izləri skaneri
Rabitə: "Dual LTE", "Wi-Fi 802.11n", "Bluetooth 5.0",
"GPS/AGPS", "QLONASS", "Beidou"
Konnektorlar: "micro-USB", 3,5 mm
Əməliyyat sistemi: "Android 10" (32 bit)
Əlavə: "Google Assistant"ın çağırılması düyməsi
Ölçüsü: 165,85 x 76,30 x 8,69 mm
Çəki: 189 qr

Milli.Az


Etiketlər:  Nokia 34 Nokia 24 smartfonları təqdim edilib


RƏYLƏR