Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2019 12:52
Bakı. Samir Əli - Trend:
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) bu ilin avqust ayında daha iki qatar heyəti - 10 vaqonu Bakıya gətirəcək.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında qurumun Hərəkət xidmətinin rəisi Etibar İsayev deyib.
Onun sözlərinə görə, yeni qatar tərkibi Bakıya gətiriləndən sonra sazlanma prosesi aparılaraq xəttə buraxılacaq: "Növbəti iki qatar tərkibi, 10 qatar isə sentyabr ayında Bakıda olacaq".
E.İsayev əlavə edib ki, yeni qatarlar əvvəlki qatarlardan bir çox xüsusiyyəti ilə fərqlənir: "Ümumilikdə bu ilin sonuna qədər 6 qatar tərkibi - 30 vaqon Bakıya gətirilərək xəttə buraxılacaq".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin