Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

Bakıda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

Tarix: 29 Sentyabr 2020 12:15

Bakı. Trend:

Bakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 45 kv.m olan mənzilin 1 otağının yanar konstruksiyaları 15 kv.m sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yüksək temperaturdan binanın dördüncü mərtəbəsində olan mənzilin pəncərə çərçivəsi qismən əriyib.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 2-si azyaşlı olmaqla 7 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Hər iki mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Etiketlər:  Bakıda yaşayış binasında yanğın olub sakinlər təxliyə edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ