Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daha bir konfransda Ermənistanın dezinformasiya siyasətindən danışıldı

Daha bir konfransda Ermənistanın dezinformasiya siyasətindən danışıldı

Tarix: 29 Sentyabr 2020 20:48

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü və beynəlxalq əlaqələr komissiyasının sədri Azər Həsrət ATƏT-in Özbəkistandakı layihə koordinatorluğu və Özbəkistan Milli KİV-ə Dəstək və İnkişaf İctimai Fondunun təşkil etdiyi beynəlxalq onlayn konfransda iştirak edib.

Şuradan Sonxeber.net-a bildirilib ki, sentyabrın 28-də keçirilmiş konfransın mövzusu Beynəlxalq İnformasiyaya Giriş Gününə həsr edilib.

ATƏT-in bir neçə qurumunun təmsilçiləri, eləcə də Beynəlxalq Mətbuat İnstitutu, BMT, Article 19 kimi qurumların nümayəndələrinin, həmçinin Özbəkistanın ayrı-ayrı nazirliklərinin vəzifəli şəxslərinin çıxış etdiyi konfransa Özbəkistanın xarici ölkələrdəki səfirləri də daxil olmaqla 170-dən çox iştirakçı qatılıb.

Konfransda çıxış edən Azər Həsrət Azərbaycanın hazırda Ermənistanın təcavüzünə qarşı gördüyü tədbirlər haqqında iştirakçıları məlumatlandırıb. O, eyni zamanda ölkəmizdə hərbi vəziyyətin elan edildiyini, ermənilərin dezinformasiya yaydıqlarını qeyd edib. Mətbuat Şurasının nümayəndəsi iştirakçıların diqqətini müharibə şəraitində informasiyaya giriş məsələsinə çəkib.


Etiketlər:  Daha konfransda Ermənistanın dezinformasiya siyasətindən danışıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ