Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Patoloji immun fenomenləri

Patoloji immun fenomenləri

Tarix: 29 Sentyabr 2020 21:51

Beyində əsas sinir mərkəzləri arasında olan qarşılıqlı münasibətlərin pozulmasına sistem patologiyası deyilir.Bu münasibətlərin pozulması ilə baş verən dəyişikliklərə isə patoloji immun fenomenləri deyilir.Patoloji sistem fenomenlərinin əsas növləri bunlardır:
- patoloji dominant
- histeriozis
- hüduddankənar ləngimə
- patoloji reflekslər
- sinir sisteminin uzun sürən patologi vəziyyətləri
Patoloji dominantlıq zamanı beyinin müəyyən bir hissəsi digər tərəflərə nisbətən üstünlük təşkinlik edir.Üstünlük beyin fəaliyyətinin bir hissəsinin impulslarının digər mərkəzlərdən daha çox siqnal qəbul etməyindən asılı olur.Bu zaman patoloji dominant ocaq əmələ gəlir.Bu özünü xəstənin əmək qabiliyyətinin azalması və xəstəliklərinin residiv verməsi və gec sağalması ilə xarakterizə edilir.
 Sinir sisteminin zədələnmə zamanmı isə dominantlıq təşkil edən sahə ətraf qıcıqlara qarşı daha həssas olur.Belə ki, bu zaman xəstənin beynində yanğı hissinə bənzə güclü ağrı olur. Bu ağrı paltarların dəriyə sürtünməsi zamanı,qəfil işıq yandıqda və gur səs eşidildiyi zaman baş verir.Bəzən beyin silkələnməsi,qrip və ya başqa xəstəliklərdən sonra seqmentlərini beyin kötüyünün və onurğa beyinin seqmentlərini əhatə edən durğun oyanma ocağı meydana gəlir.
Histeriozis zamanı uzun müddət qıcıqlandıran sinirə verilən əlavə qıcıqlar zəif reaksiya törədir.Histeriozis vəziyyəti reaktivliyin və funksional dəyişikliyə uğramış formalardan biridir.
Hüduddankənar ləngimə zamanı sinir sisteminə təsir göstərən qıcıqlandırıcısının qüvvəsi ilə şərti reflekslərin qüvvəsi arasındsa yalnız müəyyən hüdud daxilində mütənasiblik olur.
Patoloji reflekslər sinir sisteminin zədələnməsi nəticəsində meydana çıxır və orqanizmin ətraf mühitə uyğunlaşmasına mənfi təsir göstərir.


Etiketlər:  Patoloji immun fenomenləri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ