Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2020 16:24
Bakı. Trend:
Roma Papası I Fransisk Avropa ölkələrində səfərdə olan ABŞ-ın Dövlət katibi Mayk Pompeonu qəbul etməyəcək.
Trend-in məlumatına görə, bunu Vatikanın diplomatik xidmətinin rəhbəri, arxiyepiskop Pol Riçard Qallaher deyib.
Onun sözlərinə görə, Roma papasının M.Pompeo ilə görüşü ABŞ-da prezident seçkiləri ərəfəsində seçkiqabağı kampaniya ilə əlaqədar məqsədəuyğun hesab olunmayıb.
Qeyd edək ki, Mayk Pompeo Avropa ölkələrinə səfərləri çərçivəsində bu gün Romaya gedib.