Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ”da oynamış braziliyalı erməni terrorunu pislədi

“Qarabağ”da oynamış braziliyalı erməni terrorunu pislədi

Tarix: 14 Oktyabr 2020 14:38

Azərbaycanda çıxış etmiş daha bir futbolçu Vaqner da Silva Ermənistan silahlı qüvvələrinin atdığı raket nəticəsində Gəncədə baş verən hadisəyə münasibət bildirib.

Sonxeber.net apasport.az-a istinadla bildirir ki, "Qarabağ"ın sabiq qapıçısı erməni terrorunu pisləyən paylaşım edib.

2018-2020-ci illərdə Ağdam klubunun formasını geyinmiş braziliyalı qolkiper instaqram səhifəsi vasitəsilə "Gəncə üçün dua et" haştaqlı şəkli paylaşıb və ölənlərin ailələrinə başsağlığı verib.

Qeyd edək ki, oktyabrın 11-də Ermənistan ordusunun Gəncədə yaşayış ərazisini raket atəşinə tutması nəticəsində 9 mülki şəxs ölüb, 40-dan çox insan yaralanıb.


Etiketlər:  Qarabağda oynamış braziliyalı erməni terrorunu pislədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ