Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu vasitə ilə öskürəyin qısa zamanda kəsilməsinə nail oldum.

Bu vasitə ilə öskürəyin qısa zamanda kəsilməsinə nail oldum.

Tarix: 15 Oktyabr 2020 07:03

Mən uzun müddətdir ki,güclü öskürəkdən əziyyət çəkirdim.Həkimlərin təyin etdikləri dərman və iynələr bir müddət mənim öskürəyimi kəsir,müalicəni saxlayan kimi isə yenidən öskürməyə başlayırdım. Xəstəliyimdən xəbərdar olan nənəm mənə öskürəkdən xilas olmağın yolunu öyrətdi və mən qısa bir zamanda tamamilə sağaldım.Nənəm mənə aşağıdakıları məsləhət bildi.
Mən yatmazdan əvvəl çaynikə bağayarpağı və kətan toxumu qoydum və dəmlədim və 1 xörək qaşığı duz əlavə etdim.Sonra yatağıma girib oturdum və çayniki dizlərimin üstünə qoydum.Daha sonra başımın üstünə qalın adyal salıb su tamam soyuyana qədər onun buxarını burnum və boğazımla içimə çəkdim.Sonra da başımı büküb bir stəkan isti bağayarpağı dəmləməsi içib yatdım.Mən bu proseduru bir-neçə gün etdim.Bu üsuldan istifadə etdikdən sonra isə mənim öskürəyim tamamilə sağaldı.Prosedur yeməkdən ən azı 30 dəqiqə sonra edilir və müalicə öskürəklə yanaşı mədə ağrılarını və qıcqırmanı da aradan qaldırır.


Etiketlər:  vasitə ilə öskürəyin qısa zamanda kəsilməsinə nail oldum


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ