Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Apple naqilsiz enerji mənbəyi MagSaf-i təqdim etdi

Apple naqilsiz enerji mənbəyi MagSaf-i təqdim etdi

Tarix: 15 Oktyabr 2020 19:12

Apple-ın təqdim etdiyi yeni texnologiyalar arasında cihazları naqilsiz enerji ilə təmin edən MagSafe də var.

Milli.Az ted.az-a istinadən bildirir ki, MagSafe, həm də iPhone-lara müəyyən aksesuarların taxılması üçün bir həll yoludur. 15 W naqilsiz enerji dəstəyi təqdim edən MagSafe bütün iPhone modellərində istifadə oluna biləcək. Arxa hissədə yerləşən maqnit sayəsində iPhone 12 istifadəçiləri smartfonlarını naqilsiz enerji üçün daha asanlıqla yerləşdirə biləcəklər. Smartfon daha rahat yerləşdirildiyi üçün enerjinin keyfiyyəti də artacaq və kiçik nasazlıq baş verən kimi kəsilməyəcək. MagSafe ilə smartfonlar üçün bağlandıqda üst qismində saatı əks etdirən qoruyucu da istifadəyə veriləcək.

Qeyd edək ki, cihaz vasitəsilə iPhone 12 ilə yanaşı Apple Watch ağıllı saatlarını da enerjilə təmin etmək mümkündür.

Milli.Az


Etiketlər:  Apple naqilsiz enerji mənbəyi MagSaf i təqdim etdi


RƏYLƏR