Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

2030-cu ildən sonra neftə olan tələbat aşağı düşməyə başlayacaq

2030-cu ildən sonra neftə olan tələbat aşağı düşməyə başlayacaq

Tarix: 15 Oktyabr 2020 20:12

Beynəlxalq energetika agentliyinin analitiklərinin fikirlərinə əsasən koronavirus pandemiyası yaxın illərdə planetin bütün energetika sahəsinə təsir edəcək. Onların proqnozlarına əsasən pandemiya nəticəsində yaranmış böhran günəş enerjisindən başqa digər bütün enerji mənbələrinə təsir göstərəcək. Artıq 2025-ci ilə kimi bu təmiz enerji növü kömürü sıxışdırmağa başlayaraq əsas elektrik mənbəyinə çevriləcək. Bu barədə CNBC saytı xəbər verib. Beynəlxalq energetik agentliyin (IEA) hesabatında koronavirus pandemiyasının ümumi energetika sahəsinə təsirindən bəhs olunub.

Lakin hesabatda əsasən bu pandemiyanın bərpa olunan enerji mənbələrinə keçidi necə stimullaşdırması əks olunub. Hesabatın müəllifləri qeyd ediblər ki, təmiz enerji növlərinə keçid prosesinin sürətlənməsinə baxmayaraq əgər insanlar karbon qazı miqdarını azaltmaq istəyirlərsə daha sürətli və ciddi strukturlu dəyişikliklər reallaşdırılmalıdır. Koronavirus pandemiyası nəticəsində yaranmış böhran hələ də davam edir və onun energetik sahəsinin gələcəyinə necə təsir edəcəyi bilinmir.

IEA-nın proqnozuna əsasən pandemiya səbəbilə bu il bütün dünya üzrə enerji tələbatı 5% aşağı düşəcək. Bu səbəbdən də kömürə olan tələbat 8%, neftə olan tələbat isə 7% aşağı düşəcək.
    Bu il təbii qaza olan tələbat 1930-cu illərdən bu günə kimi ən ciddi düşüşünü yaşaya bilər. Belə ki, təbii qaza tələbatın 3% düşəcəyi gözlənilir. Lakin mütəxəssislər fikirləşirlər ki, yaxın onilliklərdə təbii qaz sahəsi inkişaf etmiş ölkələr sayəsində yenə də yüksək tələbata sahib olacaq. Buna baxmayaraq analitiklər dünüşürlər ki, bərpa olunan enerji mənbələri əsas rolu oynayacaqlar və günəş enerjisi dövlət dəstəyi və aşağı qiymət şərtlərində aparıcı mövqelərdə qərarlaşacaq.

Bu il tələbatın aşağı düşməyəcəyi yeganə enerji mənbələri məhz bərpa olunan enerji mənbələri olacaqlar. 2025-ci ilə kimi isə təmiz enerji mənbəyi kömürü geridə qoyaraq əsas elektrik mənbəyi olacaq. Hətta əgər daha aqressiv tədbirlər görülsə, bu daha tez baş verə bilər. Məlumatda qeyd edilib ki, inkişafda olan ölkələr sayəsində neftə olan tələbat 2030-cu ilə kimi artmaqda davam edəcək. Lakin 2030-cu ildən sonra ona olan tələbat getdikcə aşağı düşəcək.


Etiketlər:  2030 ildən sonra neftə olan tələbat aşağı düşməyə başlayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ