Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistan yeni atəşkəs rejiminə əməl etmir - MN

Ermənistan yeni atəşkəs rejiminə əməl etmir - MN

Tarix: 18 Oktyabr 2020 06:52

Bakı. Trend:

Oktyabrın 18-də saat 00.00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri növbəti dəfə razılaşmanı kobud surətdə pozub.

Madfiə Nazirliyindən Trend-ə verilən məlumata görə, düşmən Cəbrayıl şəhərinin ətraf ərazilərini, eləcə də bu rayonun Araz çayı boyu yerləşən və işğaldan azad olunmuş kəndlərini gecə ərzində minaatan və artilleriya qurğularından atəşə tutub. Şəxsi heyət arasında itki yoxdur. Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Qoşunlar bütün cəbhə boyu əlverişli hədd, əhəmiyyətli yüksəklik və mövqelərdə müvafiq fəaliyyətlər həyata keçirir.


Etiketlər:  Ermənistan yeni atəşkəs rejiminə əməl etmir MN


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ