Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Erməni təxribatı nəticəsində Tərtərdə 118 ev tam dağılıb - RƏSMİ

Erməni təxribatı nəticəsində Tərtərdə 118 ev tam dağılıb - RƏSMİ

Tarix: 19 Oktyabr 2020 09:32

Tərtər. Samir Əli - Trend:

Sentyabrın 27-dən bu günə qədər Tərtər Rayonun 36 yaşayış məntəqələrinə 13 min 136 mərmi düşüb.

Bu barədə Trend-ə Tərtər rayon İcra Hakimiyyətindən məlumat verilib. Məlumata görə, ermənilərin intensiv atəşə tutduqları rayon əraziləri Tərtər şəhəri, Şıxarx qəsəbəsi, Hüsənli, Qaynaq, Seydimli, Qazyan, Yuxarı Qapanlı, Qapanlı, Yuxarı Qaradağlı, Qaraağacı, Əskipara, Səhləbad, Borsunlu, Azad Qaraqoyunlu,İlxıçılar, Dəmirçilər, Aşağı Qapanlı, Evoğlu, İsmayılbəyli, Cəmilli, Bala Kəngərli, Düyərli, Yuxarı Sarıcalı, Ağkənd, Yenikənd, Bayandurlu, Soyulan, İrəvanlı, Kəngərli, Hacıqərvənd, Xoruzlu, Buruc, Bayandur, Qaradağlı və Köçərli kəndləridir. Hadisə nəticəsində 118 ev təmamilə dağılıb, 646 fərdi evə, 64 çoxmərtəbəli yaşayış binasına ziyan dəyib. Bununla yanaşı, hadisə nəticəsində 30 yardımçı tikililər tam dağılıb, 50-sinə isə ziyan dəyib. Bu müddət ərzində erməni təxribatları nəticəsində Tərtərdə 19 sosial obyektə, 8 istehsal obyektinə, 44 ticarət mərkəzi və 18 inzibati binaya ziyan dəyib.


Etiketlər:  Erməni təxribatı nəticəsində Tərtərdə dağılıb RƏSMİ


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ