Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Oktyabr 2020 16:00
Özünüməşğulluq proqramı mikro və kiçik sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlər üçün əlverişli imkanlar yaradır. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) özünüməşğulluq proqramına cəlb olunan vətəndaşları potensial mikro və kiçik sahibkarlar kimi dəyərləndirir və proqram çərçivəsində öz təsərrüfatını - mikro biznesini qurmuş şəxslərə bizneslərinin inkişafı üçün dəstək göstərir. Belə ki, KOBİA proqram çərçivəsində müvafiq aktivlər əldə edərək mikro biznes qurmuş iştirakçılara sonrakı mərhələdə bizneslərinin inkişafı üçün biznesin planlaşdırılması, məsləhət xidmətləri, güzəştli maliyyə resurslarına, satışa və bazarlara çıxış kimi istiqamətlərdə dəstək və xidmətlər təqdim edir. İndiyədək özünüməşğulluq proqramı çərçivəsində müxtəlif aktivlərlə təmin olunmuş 30-a yaxın proqram iştirakçısı biznesin genişləndirilməsi üçün KOBİA-nın dəstək və xidmətlərindən yararlanıb.
Agentlikdən Sonxeber.net-a verilən məlumata görə, özünüməşğulluq proqramının iştirakçısı olmuş və müxtəlif aktivlərlə təmin edilmiş proqram iştirakçılarına növbəti mərhələdə bizneslərinin inkişafına dəstək üçün KOBİA-nın KOB dostlarına müraciət etməyi tövsiyə edir (https://bit.ly/3l7Ymej).
Məlumat üçün qeyd edək ki, özünüməşğulluq proqramına qoşulmaq istəyən vətəndaşlar Dövlət Məşğulluq Agentliyinin yerli məşğulluq mərkəzlərinə müraciət etməklə və ya Agentlik tərəfindən yaradılan sadələşmiş qeydiyyat sistemindən (https://bit.ly/3o3EWsE) istifadə etməklə yanaşı, KOBİA-nın dəstək və ximətlərindən də faydalana bilərlər. KOBİA proqrama qoşulmaq istəyən vətəndaşlara bir neçə istiqamətdə dəstək göstərir. Bunlar məlumatlandırma və əlaqələndirmə, təlim prosesində iştirak, biznes planların hazırlanmasına dəstək, prosesin təşkilində iştirakdır. Belə ki, KOBİA ölkənin müxtəlif rayon və şəhərlərində fəaliyyət göstərən "KOB Dostu" şəbəkəsi vasitəsilə proqrama qoşulmaq istəyən vətəndaşları proqramın üstünlükləri və şərtləri barədə məlumatlandırır, onların e-sosial üzərindən qeydiyyatına texniki dəstək göstərir və məşğulluq mərkəzləri ilə əlaqələndirir. İndiyədək 350-yə yaxın vətəndaş proqrama qoşulmaq üçün KOBİA-nın dəstəyindən faydalanıb. Agentliyin müxtəlif şəhər və rayonlarında olan inzibati ofisləri proqram iştirakçılarının təlimləri üçün istifadə olunur. KOBİA proqram iştirakçılarına biznes planların hazırlanmasında da dəstək göstərir. Pandemiya ilə əlaqədar 2020-ci ildə proqram iştirakçıları təlimlərə cəlb edilmədən, biznes planlar əsasında müvafiq avadanlıqlarla təmin olunduğundan bu proses hazırda daha aktiv şəkildə həyata keçirilir. Eyni zamanda KOBİA Dövlət Məşğulluq Agentliyi ilə birgə uyğun namizədlərin təsərrüfatına baxış keçirir, iştirakçılara aktivlərin verilməsi prosesində iştirak edir.